Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikaha daxilolma mərasimləri davam edir.

22 fevral 2018 | 11:00

Yeni ailə quran gənclərin nikahlarının Ağcabədi rayon Heydər Əliyev Mərkəzində bağlanması artıq ənənə halını alıb. Belə cütlüklərin sayı da günü - gündən artmaqdadır.
    22 fevral 2018-ci il tarixdə Ağcabədi şəhər sakini 26.09.1990-cı il təvəllüdlü Qasımov Ramil Famil oğlu ilə Ağcabədi şəhər sakini 16.12.1992-ci il təvəllüdlü Həsənova Aysel Azat qızının nikaha daxilolma mərasimi keçirilmişdir.
    Öncə ailə quran gənc cütlük Ağcabədi Rayon Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini vziyarət etmiş, önünə tər çiçək dəstələri qoymuşlar.
  Daha sonra gənclərin nigaha daxil olma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Gənc cütlük öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.
    Sonra gənc cütlüklərə ekspozisiya zalında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eksponatlar əsasında geniş və dolğun məlumat verildi.
Eksponantlarla tanışlıqdan sonra  nikah aktının imzalanması mərasimi olmuşdur.
    Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir

Keçidlər