Şriftin ölçüsü :

Saytın rəngi :

M.F.Axundov adına 3 saylı məktəb-liseyində 14 fevral 2018 ci il tarixində “ Xoclı faciəsinin 26 cı il dönümü yad edilmişdi.

15 fevral 2018 | 11:00

Ağcabədi rayon M.F.Axundov adına 3 saylı məktəb-liseyində 14 fevral 2018 ci il tarixində “ Xoclı faciəsinin 26 cı il dönümü yad edilmişdi.Tədbirdə məktəbin pedoqoji kollektiv iştirak etmişdi.Tədbiri məktəbin direktoru M.Quliyeva açıq elan etmişdir.Azərbaycan Respubilikasının dövlət himni səsləndirilmiş və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.1992 ci il fevral ayının 25-dən 26-a keçən gecə dünyada misli görünməyən “Xocalı faciəsi “ kimi Azərbaycan xalqının tarixinə həkk olmuş müsibətlər haqqında Ballı Atakişiyeva, Saragül Həsənova geniş məlumat vermişdir.Sonra məktəbin X sinif və VI sinif şagirdlərinin hazırladıqları kompozisiyası nümayiş etdirilmiş, B.Vahabzadənin “ Layla Xocalım layla” bayatıları və bir sıra şairlərin Xocalı haqqında yazdığı şerlər səsləndirilmişdi.Şagirdlər tədbiri T.Rzanın “ Qalmaz yad ellərdə, qalmaz Qarabağ” şeri ilə bitirmişlər.Sonda şagirdlər “ Şəhidlər xiyabanında olmuş şəhidlərimizin əziz xatirəsini yad etməklə onların qəbirləri üzərinə qərənfillər düzmüşlər.
Allah, şəhidlərimizə rəhmət etsin.

Keçidlər