Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin şagirdləri 13 fevral 2018 ci il tarixində Xocalı faciəsinin 26 cı il dönumüylə bağlı Şəhidlər Xiyabanında olublar.

14 fevral 2018 | 11:00

İlk öncə məktəbin direktoru Azərbaycan tarixində Vətən azadlığı üçün canlarını qurban verən insanların xatirəsinə ucadilmiş abidəylə şagirdləri tanış edərək, bu tarixlər haqqında şagirdlərə geniş məlumat vermişdir.Abidə uzrəində Xocalı Faciəsinə həsr edilmiş guşəylə də şagirdləri taniş edrək, guşənin önunə qərənfillər düzmuşlər.Şagirdlər Xocalı faciəsi haqqında şerlər ,bayatılar deyərək Xocalı faciəsində həlak olan insanların qanları yerdə qoymayacaqlarina söz verdilər.

Daha sonra şagirdlər xiyabanda torpaqlarımız ugrunda gedən döyüşlərdə şəhid olanların ruhunu bir dəqiqəlik sukutla yad etmiş, qəbrlərinə qərənfillər düzmüşlər.

Xocalı faciəsinə həsr edilmiş tədbirlər məktəbdə də davam etmişdir. Məktəbin divar qəzəti fevral ayı buraxılışı Xocalı faciəsinə həsr edilmişdir.Şagirdlərin yazdigi məqalələr ,serlər divar qəzetində sərgilənmişdir Məktəbin şagirdləri arasında “Xocalı faciəsi şagirdlərin gözü ilə” rəsm musabiqəsi keçirlmişdir.Şagirdlərin çəkdikləri rəsmlər məktəbin foesində faciyəyə həsr edilmiş guşədə sərgilənmişdir. Guşədə eyni zamanda bu gunu əsk etdirən,muxtəlif kitab və qəzetlərdən məqalələr şəkillər qoyulmuşdur.Məktəbin bütün sinif şagirdləri bu guşəni ziyarət edir, bir daha o gunu xatirlayir,həmin erməni vəhşilərinin törətdiyi əməlləri görür və bir daha o qanlı gecədə həlak olan insanların qisasini yerdə qoymayacaqlarına,vətən üçün mübarizəyə hər zaman hazır olacaqlarına, torpaqlarımızı geri almaq üçün əlindən gələni əsirgəmyəcəklərinə and içirlər.

Keçidlər