Şriftin ölçüsü :

Saytın rəngi :

Səməd Vurğun adına şəhər 4-saylı tam orta məktəbin müəllim və şagirdləri Şəhidlər Xiyabanını ziyarət etdilər.

02 yanvar 2018 | 11:00

2 yanvar 2018-ci il tarixdə Ağcabədi rayon S.Vurğun adına şəhər 4-saylı tam orta məktəbin müəllim və şagirdləri 20 yanvar faciəsi ilə əlaqədar olaraq  Şəhidlər Xiyabanını ziyarət etdilər. Ziyarət zamanı əvvəlcə Şəhidlərimizin qəbri üzərinə qərənfillər düzüldü, sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru T. Qasımov, müəllimlər Ş. Şirinova, Ü. Babayeva Şəhidlər haqqında, 20 yanvar faciəsi haqqında, bu hadisəni törədən mənfur qonşularımız haqqında nitqlər söylədilər. Tədbir şagirdlərin şerlər söyləməsindən sonra yekunlaşdı.

Keçidlər