Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar Faciəsi ilə əlaqədar olaraq şəhər 6 saylı körpələr evi uşaq bağçasının uşaqları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

19 yanvar 2018 | 11:00

      Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar Faciəsinin 28-ci ildönümü  ilə əlaqədar silsilə tədbirlər davam edir. Bu münasibətlə 19 yanvar 2018-ci il tarixdə Ağcabədi şəhər 6 saylı körpələr evi uşaq bağçasının balaca fidanları Heydər Əliyev Mərkəzində oldular.
     Öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair eksponantlarla tanış edilən körpələr daha sonra 20 Yanvar Faciəsi ilə əlaqədar olaraq Mərkəzdə təşkil olunmuş “Qanla Qazanılmış Azadlıq” adlı sərgi ilə tanış oldular.
     Daha sonra körpə fidanların ifasında 20 Yanvar Faciəsinə həsr olunmuş ədəbi – bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər