Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar Faciəsi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

20 yanvar 2018 | 11:00

20 Yanvar Faciəsinin 28-ci ildönümü münasibətilə 19 yanvar 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.  “İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı  ilə keçirilən tədbiri  giriş nitqi ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa 20 Yanvar Faciəsi haqqında məlumat verərək bildirmişdir ki, Heydər Əliyev Mərkəzində faciə ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir. Plana uyğun olaraq 17 yanvar 2018-ci il tarixdə Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvləri ilə birlikdə Ağcabədi rayonunda yerləşən “Şəhidlər xiyabanı” abidə kompleksi ziyarət edilmiş, 18 yanvar 2018-ci il tarixdə isə Ağcabədi şəhər 6 saylı tam orta məktəbdə tədbir keçirilmişdir. Faciə ilə əlaqədar olaraq, həmçinin Mərkəzdə 18 yanvar 2018-ci il tarixdən etibarən “Qanla Qazanılmış Azadlıq” adlı sərgi və filmlər nümayiş olunur.
     Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova, İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin müəllimi Gülxara Əliyeva çıxış edərək bilidirmişlər ki, 20 Yanvar  faciəsi Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etmişdir. 28 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib.
    Daha sonra İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin şagirdlərinin və 5 saylı körpələr evi uşaq bağçasının balaca fidanlarının ifasında 20 Yanvar Faciəsinə həsr olunmuş ədəbi – bədii kompozisiyalar nümayiş olunmuşdur. Tədbirdə həmçinin, İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin könüllüləri faciəyə həsr olunmuş şeirlər və musiqilər ifa etmişlər.

Keçidlər