Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar 2018-сi il tarixdə Ağcabədi rayonun Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.

20 yanvar 2018 | 11:00

Əvvəlcə anım mərasimində Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur.
   Sovet imperiyası 20 yanvar 1990-cı ildə öz azadlığı, öz dövlətinin sahibi kimi yaşamaq, müstəqil həyat sürmək uğrunda mübarizə aparan xalqımıza qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməllərini törətmişdir. 28 il əvvəl o qanlı yanvar gecəsi xalqımız babalardan qalma qəhrəmanlıq ənənəsini dünyaya yenidən göstərdi. Yurdumuzun oğul və qızları müstəqilliyimiz, azadlığımız, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldılar. Bu qanlı faciə Sovet imperiyasının cinayətkar rəhbərliyinin xalqımızı müstəqil yaşamaq əzminə görə cəzalandırmaq, onu sarsıtmaq və azadlıq ideyasından əl çəkməyə məcbur etmək üçün həyata keçirdiyi ağır cinayət əməli idi. O müdhiş gücədə baş verən dəhşətli cinayət hər bir Vətən övladının qəlbini göynədir. Həmin gecə bir neçə istiqamətdən sovet qoşunları Azərbaycanın döyünən ürəyi olan Bakıya yeridildi. Qoşunlar yerləşən istiqamətlərdə təsadüfən yoldan keçən piyadalar, avtomobillə gedənlər, evində ailəsinin, uşağının yanında olanlar gülləbaran edildi.Həmin faciəli günlərdə həmyerlimiz olan Faiq Əlizadə də şəhid oldu.Onun xatirəsi heç vaxt ağcabədililərin yaddaşlarından silinməyəcək. 20 Yanvar - Azərbaycan xalqının tarixində Ümumxalq Hüzn günü olmaqla yanaşı, azadlıq qələbəsinin təntənəsi günü kimi də əbədi həkk olmuşdur.
    Tədbirdə rayonun tam orta məktəblərinin şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş əbədi –bədii kompozisiya  ilə çıxış etdilər.
    Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, saat  12:00 –da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti 20 Yanvar şəhidlərini, 1941-1945-ci illər II dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini və 31 mart Azərbaycanlıların soyqırımını özündə əks etdirən möhtəşəm abidə kompleksi  önünə və Qarabağ müharibəsi şəhidlərinin qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.
     Tədbirdə 8000 nəfər rayon sakini iştirak etmişdir

Keçidlər