Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində olublar.

27 dekabr 2017 | 11:00

Təmir bərpa işlərindən sonra yenidən fəaliyyətə başlayan Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Məktəblilər burada nümayış etdirilən eksponatlarla yaxından tanış olub, rayonumuz haqqında ətraflı məlumat əldə ediblər. Muzeyin direktoru Sadiq Əliyev bildirib ki, Prezident İlham Əliyev 2017-ci ilin noyabrın 28-də Ağcabədiyə səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Daha sonra şagirdlərə muzeyin eksponatları, Ağcabədi rayonunun tarixi, dünəni və bu günü haqqında ətraflı məlumat verib.

Ağcabədinin tarixi qədim yaşayış məskənləri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf haqqında olan məlumat şagirdlərə ətraflı şəkildə izah olunub.

Muzeyin Təbiət bölməsində Ağ – göl milli parkının faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri məktəblilərin böyük marağına səbəb olub. Ağcabədi rayonunun 44 kəndini və 1 qəsəbəsini özündə əks etdirən xəritə və rayonumuz haqqında olan dolğun məlumat şagirdlər tərəfindən maraqla qarşılanıb.

Arxeologiya bölməsində məktəblilərə Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları haqqında məlumat verilib.

Həmçinin, şagirdlərə Etnoqrafiya bölməsində etnoqrafik özəlliklərə malik XVIII-XIX əsrlərə aid məişətdə istifadə olunan əşyalar təqdim olunub, Həmin bölmədə “Qarabağ atı” adlı güşəsində 1956ci ildə İngiltərəyə səfər edən SSRİ rəhbəri İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atını hədiyyə etməsi

haqqında da məlumat verilib. “Görkəmli şəxsiyyətlər”, “Ağcabədi 1920-1990-cı illərdə”, “1941-1945: II Dünya müharibəsi”, “Müasir dövr” tanış olan şagirdlərə hər bölməyə aid maraqlı faktlar çatdırılıb. Şəhidlərimiz, Milli Qəhrəmanlarımız haqqında geniş məlumatlar verilib.

Muzeylə tanışlıqdan sonra Ağcabədi şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova və şəhər 1 saylı tam orta məktəbin müəllimləri Validə Nuriyeva və Ülviyyə Əliyeva öz ürək sözlərini bildirərək qeyd ediblər ki, Prezident İlham Əliyev cənablarının xeyir-duası ilə yenidən istifadəyə verilən Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi bu gün tələbə və şagirdlərin tez-tez üz tutduğu məkana çevrilmişdir. Muzeylə tanış olan şagirdlərimiz buradakı eksponatlar, qədimi əşyalar, ən əsası da rayonumuzun tarixi barədə maraqlı məlumatlar əldə etdilər. Bu ekskursiya istər müəllimlərin, istərsə də şagirdlərin geniş marağına səbəb oldu, muzeylə tanışlıq onlarda xoş təəssürat yaratdı. Çıxış edənlər onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova öz dərin minnətdarlıqlarını bildiriblər. Daha sonra şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova muzeyin xatirə kitabında öz ürək sözlərini qeyd etdi. Sonda məktəblilərlə birgə xatirə şəkli çəkildi.

Keçidlər