Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 2 saylı körpələr evi -uşaq bağçasının yeni binasının təməl qoyma mərasimi keçirilmişdir.

18 dekabr 2017 | 11:00

18.12.2017-ci il tarixdə 100 yerlik Ağcabədi şəhər 2 saylı körpələr evi -uşaq bağçasının yeni binasının təməl qoyma mərasimi keçirilmişdir.Mərasimdə iştirak edən Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.
    Ağcabədi şəhər  2 saylı körpələr evi –uşaq bağçasının binası 1959-cu ildə tikilib istifadəyə verilib. Bağçada 75 uşağın təlim -tərbiyəsi ilə 1 müdür,8 tərbiyəçi,15 texniki işçi məşğul olur.Bağçada  3 böyük,1 kiçik qrup olmaqla cəmi 4 qrup fəaliyyət göstərir.

Keçidlər