Şriftin ölçüsü :

Saytın rəngi :

Bülbülun 120 illik yubleyinə həsr olunmuş tədbir keçirilib

18 dekabr 2017 | 11:00

Ağcabədi şəhər 1 sayı tam orta məktəbində Azərbaycanın opera müğənnisi, mahir təsnif ifaçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbülun 120 illik yubleyinə həsr olunmuş tədbir keçirilib.Tədbiri Məktəbin direktoru Səadət Kazımova acaraq bildiridiki Bülbül-Murtuza Məmmədov Azərbaycan musiqi tarixində öz səsi, dəsti xəttiylə, seçilən, iz qoyan bir muğənni mədəniyyət xadimi olmuşdur.Onun ifa etdiyi musiqilər –“Sənsiz” romansı, xalq mahnıları bu gündə sevilərək dinlənilir.

Sonra məktəbin musiqi müəllimi İradə Məmmədova Bülbülün həyat və yaradiciligindan, sənət yolundan,milli vokal sənətində rolu, elmi-təşkilati fəaliyyəti və XX əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu mövzusunda məruzə ilə çıxış edib şagirdlərə daha genis məlumat verdi.

Daha sonra şagirdlər Bülbülün həyat və fəaliyətini və Ulu öndər Heydər Əliyevin Bulbulun haqqında söylədiyi sözləri əks etdirən qısa filmi izlədilər

Tədbirdə məktəbin müxtəlif siniflərindən istedadlı şagirdlər Bülbülün oxudugu xalq mahnıların ifa ediblər.

Keçidlər