Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq şəhər 8 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

13 dekabr 2017 | 11:00

Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq 13 dekabr 2017-ci il tarixdə C. İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəbin şagirdləri Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndəri əzəmətli abidəsini ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş, Onun əziz xatirəsini yad etmişlər.Daha sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlər foyedə Dahi Liderimizə həsr olunmuş kitabların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular.Ekspozisiya zalında isə şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.

Sonda məktəblilərlə birlikdə xatirə fotosu çəkildi.

Keçidlər