Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq ümumtəhsil məktəblərində “Heydər Əliyev və Azərbaycan təhsili” adlı mühazirələr keçirilmişdir.

08 dekabr 2017 | 11:00

Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq 07 dekabr 2017-ci il tarixdə Ağcabədi şəhər ümumtəhsil məktəblərində “Gənc Heydərçilər” qruplarının şagirdlərinə Ulu Öndərin həyat və fəaliyyətindən və təhsil sahəsində gördüyü işlərdən bəhs edən “Heydər Əliyev və Azərbaycan  təhsili” adlı mühazirə keçirilmişdir.
     Mərkəz əməkdaşları tərəfindən Ü. Hacıbəyli adına şəhər 7 saylı və M.Aranlı adına şəhər 11 saylı tam orta məktəblərdə  təşkil olunan mühazirələr zamanı qrup üzvlərinə Ulu Öndərin həyat və fəaliyyəti, təhsil sahəsində həyata keçirdiyi islahatlar, təhsilimizin inkişaf strategiyası və digər məlumatlar verilmişdir.
     Mühazirələr zamanı həmçinin, Ümummilli Lider Heydər Əliyevin xalq qarşısındakı xidmətlərinin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında ciddi inkişafa təkan verdiyi diqqətə çatdırılıb.
   Qeyd edək ki, Ulu Öndərin Anım gününə həsr edilmiş silsilə tədbirlər dekabr ayının sonunadək davam edəcəkdir.

Keçidlər