Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq N saylı hərbi hissənin əsgər və zabit heyəti Heydər Əliyev Mərkəzini ziyarət ediblər

08 dekabr 2017 | 11:00

12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq 07 dekabr 2017-ci il tarixdə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyəti Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
    Ziyarətçilər əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderimizə həsr olunmuş kitabların sərgisi, “Dərnəklərimiz, Uğurlarımız” adlı foto sərgi və Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri tanış olublar.
     Daha sonra ekspozisiya zalında ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş və dolğun məlumat verildi.
     Sonda Mərkəz əməkdaşları tərəfindən hazırlanmış və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Xalqa Bağışlanan Ömür” adlı sənədli film nümayiş etdirildi.

Keçidlər