Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə Molla Pənah Vaqifin 300 illik yubleyi qeyd olundu.

07 dekabr 2017 | 11:00

Tədbirdə məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.Tədbiri məktəbin diretoru Səadət Kazımova açaraq bildirdi ki 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir.

Daha sonra Molla Pənah Vaqif haqqında qısa film izlənildi.Filmdən sonra ədəbiyyat müəllimləri  çıxış edərək  şairin yaradıcılığının müxtəlif istiqamətlərinə toxundular. Molla Pənah Vaqif , Azərbaycan poeziyasının ideya,sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında mühüm xidmətləri olmuş şairdir. Vaqif yüksək zövq, dərin və incə duyğular şairidir. Klassik şeirimizin əsas mövzusu olan gözəllik, şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir.Müəllimlərin çıxışından sonra muxtəlif sinif şagirdləri şairin şerlərini səsləndirdilər.

Keçidlər