Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.

09 noyabr 2017 | 11:00

08 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə “Əbədi Ucalan Bayrağımız” adlı tədbir keçirilib. Tədbirdə Ağcabədi şəhər 2 və 5 saylı uşaq bağçası körpələr evinin uşaqları və M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbin şagirdləri iştirak edib. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair eksponatlarla tanış olublar.

Sonra uşaqlar mərkəzin foyesində Rəsm və Maraqlar üzrə əl işləri dərnəyinin üzvlərinin Dövlət Bayrağına aid əl işlərindən və Azərbaycanın tarixi bayraqlarını özündə əks etdirən fotolardan ibarət “Bayrağımız tariximizdir ” adlı sərgi ilə tanış olublar. Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Azərbaycan bayrağının keçdiyi tarixi yol haqqında ətraflı məlumat verib.

Daha sonra şəhər 5 saylı tam orta məktəbinin şagirdlərinin təqdimatında Azərbaycan bayrağına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Bundan sonra balacaların ifasında bir-birindən rəngarəng rəqslər, şeir ifaları səsləndirilib. Rəqslər açıq havada da davam etdirilib və 5 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında bayrağa həsr edilmiş rəqs nömrəsi ilə tədbir başa çatdırılıb.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilib.

Keçidlər