Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə YAP-ın 25 illik yubileyi silsilə tədbirlərlə davam edir.

06 noyabr 2017 | 11:00

YAP Ağcabədi rayon təşkilatı idarə heyətinin YAP-ın 25 illik yubileyi ilə əlaqədar təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq sentyabr ayının sonlarında başlayan tədbirlər davam edir. Oktyabr ayının 26-da məktəblilər arasında “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda inşa müsabiqəsi, oktyabr ayının 27-də isə məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilmişdir.

Hər iki müsabiqəni YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açmış, müsabiqə iştirakçılarına müsabiqələrin YAP-ın yaradılmasının 25 illiyi münasibətilə keçirildiyini bildirmiş, müsabiqənin şərtləri barədə məlumat vermişdir. Əvvəlcədən müəyyən edilmiş münsuflər heyətinin rəhbərliyi ilə hər iki müsabiqə uğurla başa çatmışdır.

Müsabiqədə I yer tutan iştirakçılarYAP-ın 25 illik yubileyinə həsr edilmiş ümumrayon tədbirində , II və III yer tutanlara isə digər tədbirlərdə Fəxri Fərmanlar və hədiyyələr veriləcəkdir.

Keçidlər