Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon Vağazin kənd tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

01 noyabr 2017 | 11:00

31 oktyabr 2017-ci il tarixdə Laçın rayon Vağazin kənd 1 və 2 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Məktəblilər öncə Ulu Öndərin Heydər Əliyev Meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək önünə tər-çiçək dəstələri qoyub, Onun əziz xatirəsini yad etdilər.

Sonra Mərkəzə ekskursiya edən məktəblilər mərkəzin foyesində Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab, jurnalların sərgisi, həmçinin Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında isə şagirdlərə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eksponatlar əsasında geniş, dolğun məlumat verildi.

Keçidlər