Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin növbəti məşğələsi keçirilib.

23 oktyabr 2017 | 11:00

23 oktyabr 2017-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Həvəskar aktyorluq və bədii qiraət” kursunun növbəti məşğələsi  keçirilib.
     Məşğələdə “9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə təşkil olunacaq ümumrayon tədbirində dərnək üzvlərinin  ifasında  təqdim olunacaq şeir kompozisiyasının hazırlıq məşğələsi, Yeni AzərbaycanPartiyasının 25 illiyi münasibəti ilə keçiriləcək ümumrayon bayram tədbirində səsləndiriləcək “Bayrağımız, Dövlətimiz və Ulu Öndər” adlı ədəbi-bədii şeir kompozisiyası  və “12 Dekabr – Anım günü“ ilə əlaqədar olaraq keçirələcək ümumrayon Anım tədbirində Heydər Əliyev Mərkəzində təqdim olunacaq şeir kompozisiyasının məşqləri keçirilmişdir.
    Məşğələdə həmçinin dərnək üzvlərinin hazırladıqları ev tapşırıqları dərnək rəhbəri tərəfindən dinlənilmiş və növbəti məşğələ üçün digər  tapşırıqlar verilmişdir.

Keçidlər