Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında Taekvondo idman növü üzrə Ağcabədi rayon açıq birinciliyi

21 oktyabr 2017 | 11:00

21 oktyabr 2017-ci il tarixdə  şəhər Mərkəzi Stadionunun idman zalında Ağcabədi rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “18 oktyabr Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş uşaq,yeniyetmə və gənclər arasında Taekvondo idman növü üzrə Ağcabədi rayon açıq  birinciliyi keçirilmişdir. Birincilikdə 9 rayonunun (Ağcabədi, Yevlax, Bərdə, Ağdam, Xocavənd, Beyləqan, Ağdaş, Laçın və Zərdab)  taekvondoçuları  iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən birincilikdə 241 nəfər idmançı qüvvəsini sınamışdır.Nəticədə I,II,III yerləri tutmuş idmançılara rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və medallar təqdim olunmuşdur.

Keçidlər