Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin növbəti məşğələsi keçirildi.

20 oktyabr 2017 | 11:00

20 oktyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin növbəti məşğələsi keçirildi. Məşğələ zamanı  “9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə təşkil olunacaq ümumrayon tədbirində dərnək üzvlərinin  ifasında  təqdim olunacaq şeir kompozisiyasının şeirləri dərnək üzvlərinə paylanmış və kompozisiyanın ilk məşqi keçirilmişdir.
    Məşğələdə həmçinin dərnək üzvlərinin hazırladıqları müxtəlif məzmunlu ev tapşırıqları dərnək rəhbəri tərəfindən dinlənilmiş,  təqdimatlara uyğun olaraq qiymətləndirilmiş və növbəti məşğələ üçün digər  tapşırıqlar verilmişdir.

Keçidlər