Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqilliyi günü münasibəti ilə Laçın məktəbliləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

18 oktyabr 2017 | 11:00

18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibəti ilə 18 oktyabr  2017-ci il tarixdə Laçın rayon 37 saylı məktəbin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
    Məktəblilər öncə Ulu Öndərin Heydər Əliyev Meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək önünə tər-çiçək dəstələri qoyub, Onun əziz xatirəsini yad etdilər.
      Sonra Mərkəzə ekskursiya edən məktəblilər əvvəlcə foyedə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab, jurnalların sərgisi, həmçinin  Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında isə şagirdlərə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eksponatlar əsasında geniş, dolğun məlumat verildi.

Keçidlər