Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin növbəti məşğələsi keçirilib.

17 oktyabr 2017 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtarının səmərəli keçirməsi üçün “Həvəskar aktyorluq və bədii qiraət”, “Tikiş”, “Toxuculuq”, “Rəsm”, “Maraqlar üzrə əl işləri”,  “Xalçaçılıq” və “Rəqs” dərnəkləri fəaliyyəti yeni tədris ilində də uğurla davam edir.
    16 oktyabr 2017-ci il tarixdə “Həvəskar aktyorluq və bədii qiraət” kursunun növbəti məşğələsi  keçirilib.
     Məşğələdə ev tapşırıqları üçün sərbəst seçim edən dərnək üzvləri xırda səhnəciklər, şeir və musiqi ifaları nümayiş etdirərək öz qabiliyyətlərini göstərməyə çalışdılar. Dərnək üzvlərinin hər biri  dərnək rəhbəri tərəfindən dinlənilmiş, onların nitqi və qiraəti yoxlanılmışdır.
    Sonda dərnək üzvlərinə  növbəti məşğələ üçün tapşırıqlar verilmişdir.

Keçidlər