Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasında 11.10.2017-ci il tarixdə “İslam həmrəyliyi dövrün tələbidir” mövzusunda tədbir keçirildi

12 oktyabr 2017 | 11:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması 11.10.2017-ci il tarixdə Ağcabədi rayonu Şahsevən Təzəkənd tam orta məktəbində “İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində sayca dördüncü maarifləndirici tədbir keçirtmişdir.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi rayon Şahsevən Təzəkənd ərazi dairə nümayəndəsi Cahangir Mirzəyev və məktəbin pedeqoji kollektivinin nümayəndələri, dindarlar və icma üzvləri iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev açaraq tədbir iştirakçılarına bu tədbirin mahiyyəti barədə məlumat verərək bildirdi ki, 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi Cənab prezident İlham Əliyevin müdrik,

düşünülmüş və uzaqgörən addımı istər ölkəmiz baxımından, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malikdir.

Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev məruzə edərək bildirdi ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli”nin elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək. Fəxrlə onu da qeyd edək ki, İslam dünyasında böyük nüfuza malik olan, çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoqun məkanına çevrilib. Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. Təsadüfi deyil ki, Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı.

Daha sonra məruzə üçün söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə əməkdaşı Cavid Məlikzadəyə verildi. Cavid Məlikzadə bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi

bütün dünyaya və bir-birimizə qarşı dözümlü olamağı, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacarmaq çağırışıdır. Natiq bildirdi ki, İslam həmrəyliyi təkcə bizim dövlətimiz üçün deyil, həm də digər dövlətlərin ehtiyacı olduğu bir ideyadır. Azərbaycan respublikası da hazırda erməni terroruna məruz qalmışdır və təəssüf ki, dünya dövlətləri bu məsələyə hələlik biganəlik göstərirlər.

Məruzə ətrafında çıxış edən Şahsevən Təzəkənd ərazi dairə nümayəndəsi Cahangir Mirzəyev Azərbaycanda bütün dinlərə eyni münasibət göstərilməsindən danışaraq bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan etməsi məntiqi bir ardıcıllığa bağlıdır. Bu tədbir də İslam həmrəyliyini təbliğ edən bir tədbirdir. İslam dini sülh və əminamanlıq dinidir. Bu o deməkdir ki, İslam dini həm də müharibəyə qarşıdır. Ona görə də biz bu malik olduğumuz dini dəyərlərdən səmərəli istifadə etməliyik.

Məruzə ətrafında icma üzvü Bakir Quliyev də çıxış etdi.

Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi təşkil olundu.

Keçidlər