Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanda Mİlli Kino günü” ilə bağlı növbəti film nümayişi olub.

10 oktyabr 2017 | 11:00

"Azərbaycanda Milli Kino günü" ilə bağlı olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində film nümayişləri davam edir. Bu münasibətlə 09 oktyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində balacaların iştirakı ilə cizgi filmi nümayiş olunmuşdur. Cizgi filmi nümayişindən öncə balaca fidanlar uşaq ədəbiyyatı və kino tariximizi özündə əks etdirən kitablardan ibarət “Sehirli Dünyanı Tanıyan Sevir!” adlı sərgi ilə tanış olmuşlar.
     Daha sonra uşaqlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilmiş “Cəsur təyyarə” və “Xeyirxah kirpi” adlı cizgi filmlərini böyük həvəslə izlədilər.
    Filmin sonunda uşaqlarla birlikdə izlədikləri cizgi filmləri ilə bağlı müzakirələr aparıldı. Uşaqlar müzakirələrdə çox həvəslə, fəal  iştirak etdilər.

Keçidlər