Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyində ilk məşğələ keçirildi.

10 oktyabr 2017 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtarının səmərəli keçirməsi üçün “Həvəskar aktyorluq və bədii qiraət”, “Tikiş”, “Toxuculuq”, “Rəsm”, “Maraqlar üzrə əl işləri”,  “Xalçaçılıq” və “Rəqs” dərnəkləri fəaliyyət göstərir.
    Mərkəzdə yeni tədris ilində dərnəklərin fəaliyyətə başlaması ilə əlaqədar olaraq  09 oktyabr 2017-ci il tarixdə “Həvəskar aktyorluq və bədii qiraət” kursunun  ilk məşğələsi  keçirilib.
    Öncə dərnək rəhbəri Gündüz Sevindik dərnək üzvlərini salamlayaraq dərnəyin ötən ilki uğurları və qarşıda duran vəzifələri  haqqında  məlumat verdi.
    Daha sonra şeir kompozisiyaları nümayiş etdirən dərnək üzvlərinin hər biri  dərnək rəhbəri tərəfindən dinlənilmiş, onların nitqi, eşitmə və duyma qabiliyyəti, qiraəti  yoxlanılmışdır.
    Sonda dərnək üzvlərinə  növbəti məşğələ üçün tapşırıqlar verilmişdir.

Keçidlər