Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dərnəklər yeni dərslərə başlayıb.

07 oktyabr 2017 | 11:00

07 oktyabr 2017-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin açılışı münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti  Ağayeva  mərkəzdə fəaliyyət göstərən dərnəklər haqqında ətraflı məlumat verərək bildirdi ki, bu dərnəklərin məqsədi yalnız peşə öyrətmək deyil, həmçinin layiqli vətənpərvər gənclər yetişdirməkdir. Daha sonra o, dərnəklərin uğurlarından, ümumrayon tədbirində dərnək üzvlərinin aktiv iştirakından, nümayiş olunan sərgilərdən söz açdı.
      Daha sonra dərnək rəhbərləri Gündüz Sevindik, Lalə Bağırova, Əsmər Əkbərova və digərləri çıxış edərək dərnək üzvlərinə tapşırıq və tövsiyyələrini vermiş, onlara uğurlar arzulamışlar.
      Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Həvəskar aktyorluq və bədii qiraət”, “Rəssamlıq”, “Tikiş”, “Toxuculuq”, “Maraqlar üzrə əl işləri”, “Xalçaçılıq”, “Rəqs” dərnəkləri fəaliyyət göstərir.

Keçidlər