Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “ Müəllimlər Günü” qeyd olundu.

05 oktyabr 2017 | 11:00

5 oktyabr 2017-ci il tarixdə saat 11:00 –da Ağcabədi rayonu “ Qızıl Saray “ Şadlıq Sarayında “5 oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov iştirak etmişdir.

Ilk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.

Tədbir “ Qızıl Saray “ Şadlıq Sarayında davam etdirilmişdir.Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov tədbir iştirakçılarını salamladı və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik etdi, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı. Rayon rəhbəri qeyd etdi ki,bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər.Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bir daha müəllimləri təbrik etdi, təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvərlər yetişdirməyi arzuladı.

Tədbirdə iştirak edən Rayon Təhsil şöbəsini müdiri Solmaz Rəhimova və digər çıxış edənlər müəllimləri bu əziz gün münasibəti ilə təbrik etdilər və onlara xoş diləklərini çatdırdılar. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Rəhimova Ceyhunə Vaqif qızına və fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələr verilmişdir.

Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.

Keçidlər