Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olundu

30 sentyabr 2017 | 11:00

30sentyabr  2017- cı  il tarixdə saat 10:00 - da Ağcabədi rayon İcra Hakimiyyətində  01 oktyabr  – Prokuror işçilərinin peşə bayramı  münasibəti ilə tədbir keçirilmişdir.
    Ilk öncə prokurorluq sahəsində çalışanlar  Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
    Daha sonra tədbir İcra Hakimiyyətinin iclas zalında davam etmişdir.Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı  cənab Şahin Məmmədov çıxış edərək,  tədbir iştirakçılarını bayram günü münasibəti ilə təbrik edərək  bildirmişdir ki, Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilib.Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçmişdir.Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Ulu Öndər Heydər Əliyevin  17 iyul 1998-ci il tarixdə Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə imzaladığı sərəncam bu əvəzolunmaz şəxsiyyətin Azərbaycan dövlətinin  bütün sahələrinə  necə diqqət və qayğı ilə yanaşdığını bizlərə göstərir. Yekunda natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət  başçısı kimi fəaliyyəti dövründə bütün hüquq mühafizə, ədliyyə, məhkəmə və  xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişaflarının  məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuş,  hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır.
     Çıxış edən digər natiqlərdə – Prokuror işçilərini peşə bayramı  münasibəti ilə təbrik etmişlər.

Keçidlər