Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 5 saylı tam orta məktəbdə “Diqqət uşaqlar” adlı tədbir keçirilib

30 sentyabr 2017 | 11:00

29 sentyabr 2017-ci il tarixdə Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbində “Diqqət uşaqlar” adı altında uşaq və yeniyetmələrin iştirakı ilə yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil müəssisələrində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisininin köməyinin artırılması məqsədilə şagirdlərlə görüş keçirilib.
Görüşdə Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın böyük məsləhətçisi-məsul katibi Nicat Axundov, rayon Təhsil şöbəsinin metodisti Niyazi Zeynalov, şəhər 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva və Ağcabədi rayon Polis şöbəsinin, eləcə də həmin şöbənin Dövlət Yol Polisi bölməsinin əməkdaşları iştirak ediblər.

Keçidlər