Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 2 saylı tam orta məktəbdə “Diqqət uşaqlar” adlı tədbir keçirilib

27 sentyabr 2017 | 11:00

27 sentyabr 2017-ci il tarixdə Ağcabədi şəhər Ş.Hüseynov adına 2 saylı tam orta məktəbində “Diqqət uşaqlar” adı altında uşaq və yeniyetmələrin iştirakı ilə yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil müəssisələrində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisininin köməyinin artırılması məqsədilə şagirdlərlə görüş keçirilib
Görüşdə Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın böyük məsləhətçisi-məsul katibi Nicat Axundov, rayon Təhsil şöbəsinin metodisti Niyazi Zeynalov, şəhər 2 saylı tam orta məktəbin direktoru Məlahət Tağıyeva və Ağcabədi rayon Polis şöbəsinin, eləcə də həmin şöbənin Dövlət Yol Polisi bölməsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə yolda hərəkət zamanı təhlükəsizlik qaydaları, piyada keçidlərindən düzgün istifadə və digər məsələlər şagirdlərə ətraflı şəkildə izah olunub.
Sonda şagirdləri maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırılıb.

Keçidlər