Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Turizm işçiləri günü” ilə əlaqədar olaraq film nümayiş olunmuşdur.

26 sentyabr 2017 | 11:00

   Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar olaraq 26 sentyabr 2017-ci il tarixdə “Quşlar cənnəti – Ağgöl Milli Parkı” adlı sənədli filmi nümayiş etdirilmişdir.
     Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA(Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin xüsusi layihəsi ilə çəkilmiş, Ağcabədi rayonu ərazisində yerləşən “Ağgöl Milli Parkı”ndan bəhs edən sənədli filmdə Parkda məskən salan quşlar, habelə digər heyvan növləri, buranın təbii şəraiti hərtərəfli əksini tapmışdır.
    Film nümayişində tamaşaçı qismində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin, Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin(MKS), Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Ağcabədi Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak etmişlər.
   Qeyd edək ki, Azərbaycan Respublikasında  “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikasının  Prezidentinin 01 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında “Turzim işçiləri günü” peşə bayramı kimi qeyd edilir

Keçidlər