Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon “Seyid Mürsəl Ağa”məscidi dini icmasında “İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşıdır” mövzusunda tədbir keçirildi.

31 avqust 2017 | 11:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icması 30.08.2017-ci il tarixdə Ağcabədi rayon Təhsil şöbəsində “İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşı” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirtmişdir.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, rayon ziyalıları, müəllimlər və icma üzvləri iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva açaraq bildirdi ki, son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondakı dini durum və İslam həmrəyliyi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsində dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi məharətinin və uzaqgörənliyinin, təşəbbüsü olduğu beynəlxalq əməkdaşlıq formatlarının uğurlu nəticələri göz önündədir. Bu təşəbbüslər Azərbaycanın inkişafı ilə yanaşı, regionun sabitliyinə, təhlükəsizliyinə xidmət edir. Bu mənada reallıq göstərir ki, Azərbaycan öz nüfuzundan və təcrübəsindən istifadə edərək müsəlman ölkələri arasında da birləşdirici və barışdırıcı rol oynamağa

qadirdir. Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında sərəncamı da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədinə xidmət edir. Bu sərəncam mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür. İslama, eləcə də digər dinlərə mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var. İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb.

Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyevə məruzə edərək bildirdi ki, dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Ən əsası, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək bildirdi ki, Azərbaycanda bütün

dinlərə münasibət eynidir. Bu siyasət öz bəhrəsini verir.Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb. Cocuq Mərcanlıda Şuşa məscidinə bənzər gözəl məscidin tikilməsi bizə ümid verdi ki, tezliklə torpaqlarımız azad olunacaq.

Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi açıldı.

Keçidlər