Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa”məscidi dini icmasında “İslam həmrəyliyi dövrün tələbidir” mövzusunda tədbir keçirilmişdir.

29 avqust 2017 | 11:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması29.08.2017-ci il tarixdə Ağcabədi rayonuMuğanlı kənd məscidində“İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində ilkmaarifləndirici tədbir keçirtmişdir.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, kənd sakinləri və icma üzvləriiştirak etmişdilər.

Tədbiri giriş sözü Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayevaçaraq tədbir iştirakçılarına bu tədbirin mahiyyəti barədə məlumat verərək bildirdi ki, artıq bu bizim icmaya dövlət tərəfindən göstərilən ikinci maliyyə yardımıdır. Bu maarifləndirmə çox aktual bir mövzuya-“İslam həmrəyliyi dövrün tələbidir”mövzusuna həsr olunub. Bundan başqada bu layihə çərçivəsində daha 5 tədbirimiz də olacaq. Həmin tədbirlər İslam dinində birliyə, İslam həmrəyliyi dini radikalizmə qarşı və s. mövzulara həsr olunacaq.Daha sonra məruzə üçün sözüAğcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyevə verdi. Təyyar Hacıyev məruzə edərək bildirdi ki, müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov Azərbaycanda bütün dinlərə eyni münasibət göstərilməsindən danışaraq bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin

“Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsi məntiqi bir ardıcıllığa bağlıdır. Bu tədbir də İslam həmrəyliyini təbliğ edən bir tədbirdir. İslam dini sülh və əminamanlıq dinidir. Bu o deməkdir ki, İslam dini həm də müharibəyə qarşıdır. Ona görə də biz bu dinin dəyərlərindən səmərəli istifadə etməliyik.

Məruzə ətrafında Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının axundu Həsənxan Mənsimov və kənd ağsaqqalı Bakir Quliyev də çıxış edərək mövzunun günümüz üçün çox aktual olduğunu xüsusi vurğuladılar.

Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı. Tədbirin davamı olaraq çay süfrəsi təşkil olundu.

 

Keçidlər