Şriftin ölçüsü :

Saytın rəngi :

Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisindəki əkin sahələri suvarma suyu ilə təmin edilir

23 avqust 2017 | 11:00

Ağcabədi rayon Suvarma Sistemləri İdarəsindən bildirilib ki, rayon ərazisində 36291 hektar ərazi suvarma suyu ilə təmin edilir. Bundan 9492 hektar sahədə pambıq əkilib ki, pambıq sahələri arat, birinci və ikinci suvarma suyu ilə tam təmin olunub. Üçüncü suvarma suyundan isə 6280 hektar sahə suvarılıb. Hazırda suvarma idarənin nəzarəti ilə davam etdirilir.

Qeyd olunub ki, rayonun suvarılan ərazilərinin 30 faizə qədəri nasos stansiyaları vasitəsilə suvarılır ki, bunun üçün 51 ədəd nasos stansiyası ərazilərə xidmət edir. İdarə tərəfindən nasoslarda müntəzəm olaraq təmir işləri aparılır. Belə ki, ilin əvvəlindən Gələbədin-1 nasos stansoyasında nasos, Hindarx nasos stansiyasında 2 ədəd mühərrik, 1 ədəd nasos, 1 ədəd val, Qiyaməddinli-1 nasos stansiyasında 1 ədəd val, Hüsülü-5 nasos stansiyasında 1 ədəd nasos, Savxoz-1 nasos satnasiyasında 1 ədəd val , Şəfəq-1 nasos stansiyasında 1 ədəd nasos dəyişdirilərək yenisi ilə əvəz olunub və sakinlərin istifadəsinə verilib. Bundan başqa, Hindarx nasos stansiyasının təzyiqli boru kəmərinin 200 metr hissəsi dəyişdirilərək yenisi ilə əvəz edilib.

İdarə suvarma kanallarının lildən təmizlənməsi işlərini də müntəzəm olaraq davam etdirir. Bildirilib ki, artıq R-17-2-2, R-17-1, R-9, R-6, R-16-1 kanalları və qolları lildən təmizlənərək sakinlərin istifadəsinə verilib.

Keçidlər