Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd və Kəbirli kənd Xalq Yaradıcılıq klubları Heydər Əliyev adına İstirahət Parkında maraqlı konsert proqramı ilə çıxış edib

21 avqust 2017 | 11:00

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkili və mədəni istirahəti üçün davamlı olaraq tədbirlər təşkil edir. Təşkil olunan tədbirlər izləyicilərdə böyük ruh yüksəkliyi yaradaraq əhalinin marağına səbəb olur.
19 avqust 2017-ci il tarixdə Regional İdarənin təşkilatçılığı ilə Ağcabədi rayon nümayəndəliyinin nəzdində olan Xocavənd və Kəbirli kənd Xalq Yaradıcılıq kulubları Heydər Əliyev adına İstirahət Parkında açıq hava altında yerləşən səhnədə geniş və maraqlı konsert proqramı ilə çıxış edib.
Tədbir şən və şux musiqi nömrələri ilə davam edib. İncəsənət ustalarının ifa etdikləri muğam və xalq mahnıları isə tədbirə başqa bir gözəllik qatıb.
Qeyd edək ki, bu tipli tədbirlər Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən müntəzəm şəkildə təşkil edilir.

Keçidlər