Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına İstirahət Parkında kitab sərgisi təşkil olunub

21 avqust 2017 | 11:00

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi əhalinin asudə vaxtının daha maraqlı keçməsi, kitaba olan marağın daha da artırılması məqsədilə mütəmadi olaraq əhalinin sıxlıq təşkil etdiyi məkanlarda sərgilər təşkil edir.
19 avqust 2017-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı Hindarx qəsəbə və Xocavənd kənd kitabxana filialları Heydər Əliyev adına İstirahət Parkında kitab sərgisi təşkil edib.
Çox saylı kitabların nümayiş etdirildiyi sərgi əhalinin, xüsusilə gənclərin və yeniyetmələrin böyük marağına səbəb olub.

Keçidlər