Şriftin ölçüsü :

Saytın rəngi :

Poladlı kəndində pambıq sahələrindən bol məhsul gözlənilir

16 avqust 2017 | 11:00

Ağcabədi rayonunun Poladlı kəndində 184 hektar sahədə pambıq əkilib. Hazırda sahələrdə becərmə işləri aparılır. Bu il kənd ərazisindəki pambıq sahələrindən yüksək sentner məhsul gözlənilir.
Qeyd edək ki, rayonun Poladlı kəndi XIX əsrin əvvəllərində yaranmışdır. Kəndin ilk adı Polad Məmmədli olmuşdur. Kəndin adı oykonim şahsevənlərindən Poladlı tayfasının başçısı çox qüvvətli olan Polad Məmmədin adı ilə bağlıdır.
Poladlı kəndinin ərazisi 11,2 kv.km olmaqla əhalisi 1426 nəfərdir. Əhalinin əsas məşğuliyyəti isə əkinçilik və heyvandarlıqdır.
Bundan başqa ümumilikdə Ağcabədi rayon ərazisində 2017-ci ildə 9550 hektar sahədə pambıq əkilib ki, bu da ötən illə müqayisədə 2,6 dəfə artıq olub. 2016-cı ildə isə Ağcabədidə 3661 hektar sahədən 8852 ton məhsul istehsal olunub və məhsuldarlıq 24,2 sentner təşkil edib.

Keçidlər