Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanında 700 bal toplayan Ağcabədi şəhər 3 saylı məktəb liseyin şagirdi Arzu Məmmədzadə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

15 avqust 2017 | 11:00

12 avqust 2017-ci il tarixdə Dövlət imtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Yerləşdirmənin nəticələrinə əsasən ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının ilk turunda 700 bal toplayan Ağcabədi şəhər 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin Maliyyə ixtisasına qəbul olub.
Arzu Məmmədzadə Ağcabədi rayonunda ilk dəfə qəbul imtahanında ən yüksək nəticə əldə edən şagird olub. Həmçinin, Arzu 11 illik tədris proqramını bitirmədən 700 bal toplayan 3 abituriyentdən biri kimi də tarixə düşüb.

Keçidlər