Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə kitab sərgiləri təşkil olunur

14 avqust 2017 | 11:00

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi əhalinin asudə vaxtının daha maraqlı keçməsi, kitaba olan marağın daha da artırılması məqsədilə mütəmadi olaraq əhalinin sıxlıq təşkil etdiyi məkanlarda sərgilər təşkil edir.
Belə sərgilərdən biri də 12 avqust 2017-ci il tarixdə Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Salmanbəyli kənd kitabxana filialı tərəfindən Ağcabədi Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilib.
Müxtəlif növ kitabların nümayiş etdirildiyi sərgi əhalinin, xüsusilə gənclərin və yeniyetmələrin böyük marağına səbəb olub.

Keçidlər