Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Dövlət sirri haqqında “ Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri hesab olunan məsələlərlə bağlı geniş müzakirə keçirilmişdir.

10 avqust 2017 | 11:00

Ağcabədi rayonunda “Dövlət sirri haqqında “ Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri hesab olunan, eyni zamanda hərbi sahədə ölkəmizin milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində, internet resurslarında , o cümlədən sosial şəbəklərdə yayılmasının qarşısının alınması məsələləri müzakirə olunmuşdur
09.08.2017-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclasında  “Dövlət sirri haqqında “ Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri hesab olunan, eyni zamanda hərbi sahədə ölkəmizin milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində, internet resurslarında , o cümlədən sosial şəbəklərdə yayılmasının qarşısının alınması məsələləri müzakirə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 №-li "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamı da məhz hərb sahədə dövlət sirri hesab olunan məlumatların konfidensiallığını qorumaq məqsədi daşıyır.
Eyni zamanda bildirilmişdir ki, hərbi sahədə dövlət sirri təşkil edən məlumatların yayılması yolverilməzdir və qanunla bu məlumatları yaymaq qadağandır. Ona görə ki, bu məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması nəticəsində düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə bir sıra kəşfiyyat məlumatlarını heç bir çətinlik çəkmədən toplamaq imkanını əldə edir, bu da öz növbəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşının, əsasən də cəbhəboyu zonada yaşayan vətəndaşların dövlət sirri təşkil edən məlumatları yayan, eləcə də dövlət sirri təşkil edən məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə verən, yaxud vermək məqsədi ilə oğurlayan, toplayan və ya saxlayan şəxslər barədə yaxınlıqdakı hərbi hissələrə, yerli hüquq mühafizə orqanlarına və təhlükəsizlik orqanına məlumat vermək müqəddəs borcudur.

 

Keçidlər