Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə texniki bitkilərin əkin sahəsi 2,4 dəfə artıb

02 iyul 2017 | 11:00

Bu il Ağcabədi rayonunda 58 min 947 hektar sahədə əkin işləri aparılıb.
Ağcabədi Rayon Statistika İdarəsinin rəisi Elsevər İsmayılov bildirib ki, əkinlərin 20 min 575 hektarı dənli və dənli paxlalı bitkilər, 13 min 608 hektarı texniki bitkilər, 1659 hektarı kartof, tərəvəz və bostan bitkiləri, 23 min 105 hektarı yem bitkiləridir.
İdarə rəisi qeyd edib ki, əkin sahələrinin tərkibində dənli bitkilər xüsusi yer tutur. Bu il 18 min 725 hektar sahədə taxıl becərilib. Bunun 15 min 160 hektarı buğda, 3565 hektarı arpa zəmiləridir. Ötən ilin payızında səpilmiş 6178 hektar arpanın 2613 hektarı yaşıl yem və otarmaq üçün istifadə olunub və onların yerinə yazlıq bitkilər əkilib. Cari ilin yazında həmçinin 1804 hektarda dən üçün qarğıdalı və ilk dəfə olaraq 13,2 hektarda qarabaşaq bitkisi səpilib.
Rayonda texniki bitkilərin əkin sahəsi genişlənməkdədir. Belə ki, texniki bitkilərin xüsusi çəkisi 2014-cü ildə 4,2 faizdən 2017-ci ildə 23,1 faizə qədər artıb. Texniki bitkilərin 9550 hektarını pambıq, 2010 hektarını şəkər çuğunduru, 2041 hektarını soya bitkisi təşkil edir. 2016-cı illə müqayisədə texniki bitkilərin əkin sahəsi 2,4 dəfə, o cümlədən pambıq əkinləri 2,6 dəfə, şəkər çuğunduru əkinləri 2,5 dəfə, soyanın əkini isə 1,7 dəfə çoxdur.
Rayonda kartof, tərəvəz və bostan bitkilərinin 99,9 faizi əhali təsərrüfatlarında əkilir. 2017-ci ilin məhsulu üçün 176 hektar kartof, 871 hektar tərəvəz və 612 hektar ərzaq üçün bostan bitkiləri əkilib ki, bu da 2016-cı ilə nisbətən 12,4 faiz artıqdır.
Hazırda rayonda taxıl biçini, kartof, tərəvəz və meyvə yığımı davam edir.

Keçidlər