Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər təşkilatı Qarabağda 40 qaçqın və məcburi köçkün ailəyə hüquqi yardım etdi

25 iyul 2017 | 11:00
       

 

Gənclər üçün Təhsil Mərkəzi  BMT Uşaq Fondunun (Unicef) Azərbaycan ofisi və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində fəaliyyətlərini uğurla davam etdirir.
Layihənin Ağcabədi rayonunda fəaliyyət göstərən Aztəminatlı ailələrə uşaq hüquqları üzrə Hüquqi Xidmət Mərkəzi kəndlərdə səyyar görüşlər keçirmiş, "Zorakılıqdan uzaq uşaqlıq” adlı strategiyaya ilə bağlı maarifləndirici tədbirlər reallaşdırmışdır.
Məişət zorakılığı hallarının aradan qaldırılmasına dəstək məqsədilə Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon Təşkilatı Qadınlar Şurasının yerli əməkdaşlığı ilə növbəti tədbir Kəhrizli kəndində təşkil olunmuşdur.
Tədbirdə YAP Ağcabədi rayon Təşkilatının əməkdaşı Altun Xəlilov, İcra Hakimiyyətinin Kəhrizli ərazi nümayəndəliyi üzrə nümayəndəsi Ayaz Qəhrəmanov, Kəhrizli YAP ərazi ilk Təşkilatının sədri Rais Məhərrəmov iştirak etmişlər.
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin rəhbəri, layihənin koordinatoru Radə Telmanqızı çıxış edərək layihə çərçivəsində həyata keçirilən tədbirlər və strategiya haqqında  iştirakçılara ərtaflı məlumat vermiş, göstərilən bütün xidmətləri onların diqqətinə çatdırmışdır.
Sonra uşaq hüquqları ilə bağlı 40-dan çox müraciət dinlənilmiş, təkliflər qəbul olunmuşdur.

 

Keçidlər