Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Polis şöbəsində Milli vətənpərvərlik tərbiyəsi ilə bağlı gənc polis əməkdaşları ilə görüş keçirilmişdir.

23 iyun 2017 | 11:00

21 iyun 2017-ci il tarixdə Ağcabədi rayon Polis şöbəsində Milli vətənpərvərlik tərbiyəsi ilə bağlı gənc polis əməkdaşları ilə görüş keçirilmişdir.
Görüşdə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədr müavini, istefada olan polis polkovniki Ramiz Axundov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə iş İdarəsinin Şəxsi heyətin mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elxan Mürsəlov, Ağcabədi rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məhəmməd İbrahimov, Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, rayon Təhsil şöbəsinin metodisti Əli Əhmədov, veteran polis əməkdaşları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək vətənin azadlığı, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini yad etmiş, sonra tədbir rayon Polis şöbəsində davam etdirilmişdir. Toplantını  giriş sözü ilə rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məhəmməd İbrahimov açaraq polis şöbəsində vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı gənc polis əməkdaşları ilə aparılan işlərdən danışmışdır. Mövzu ilə əlaqədar çıxış edənlər, o cümlədən veteran polis əməkdaşları gənc polislərə öz tövsiyələrini vermişlər.

Keçidlər