Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbdə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilmişdir.

21 iyun 2017 | 11:00

20 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası  Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsi və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi rayon Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbdə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilmişdir.
     Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin  müdiri Əliheydər Zülfüqarov, Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Dövlət Komitəsinin əməkdaşları Vüqar İmamquliyev, Vüqar Hümbətov, Vüqar Kərimov, Pərviz Eyvazov və  müəllimlər, yuxarı sinif şagirdləri, bələdiyyə, icra hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev rayonda “İslam həmrəyliyi ili” çərçivəsində görülmüş işlər barədə məlumat verərək məruzə üçün sözü Əliheydər Zülfüqarova verdi. Məruzə ətrafında Dövlət Komitəsinin əməkdaşı Vüqar Hümbətov da çıxış etmişdir. Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər