Şriftin ölçüsü :

Saytın rəngi :

Aran kənd uşaq bağçasının açılışı oldu

12 iyun 2017 | 11:00

    12.06.2017-ci il tarixdə Ağcabədi rayon Aran kənd uşaq bağçasının açılışı oldu.Azәrbaycan Hökumәti vә Dünya Bankının tәşәbbüsü ilә yaradılıb maliyyәlәşdirilәn vә Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyi yanında Kәnd Tәsәrrüfatı Kreditlәri üzrә Dövlәt Xidməti tәrәfindәn hәyata keçirilәn Azərbaycan Kənd İnvestisiya Layihәsi çərçivəsində inşa edilən 40 yerlik Aran kənd uşaq bağçasında 2 qrup fəaliyyət göstərir.Bağçada 35 uşağın tərbiyəsi ilə 12  işçi məşğul olur.Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov,II  Azərbaycan Kənd İnvestisiya Layihәsinin Qarabağ zonası üzrə proqram rəhbəri Əbülfət Əhmədov,Hüquq mühafizə orqanlarının rəhbərləri,kənd sakinləri  iştirak ediblər.Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək uşaqları, onların valideynlərini, bağça kollektivini uşaq bağçası istifadəyə verilməsi münasibətilə təbrik edib.Bildirilib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir, əsaslı şəkildə yenidən qurulur. Ağcabədi şəhərində bu gün açılışı olan uşaq bağçası bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və valideynlər göstərilən qayğıya görə dövlətimizin başçısına və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
   Tədbir Heydər Əliyev Mərkəzinin  əmakdaşlarının hazırladıqları musiqili proqram ilə davam edib.Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.

Keçidlər