Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri təşkil edilib

01 iyun 2017 | 11:00

1 iyun 2017-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev adına parkda Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün bayram tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda körpələr evi-uşaq bağçalarının, ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edib.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva uşaqları təbrik edərək qeyd edib ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. O, çıxışında bildirib ki, Azərbaycanda da uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Respublikanın Birinci vitse-presidenti, eyni zamanda Heydər Əliyev Fondunn prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.
Sonra Ağcabədidə fəaliyyət göstərən “Yeni Abituriyent” hazırlıq kursunun rəhbəri Şöyüb Səfərov çıxış edərək balacaları təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb. Hazırlıq kursunun 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və 28 may Respublika günü münasibətilə keçirdiyi “İlin ən yaxşı şagirdi” müsabiqəsində fərqlənən şagirdlər səhnəyə dəvət olunaraq onlara müxtəlif hədiyyələr təqdim edilib.
Tədbir daha sonra balacalar üçün təşkil olunmuş konsert proqramı ilə davam etdirilib. Üzeyir Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbinin, şəhər ümüumtəhsil məktəblərinin, həmçinin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin şagirdlərinin hazırladığı maraqlı rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş təəssürat yaradıb.

Keçidlər