Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 28 May Respublika Günü münasibəti ilə tədbir keçirilib

30 may 2017 | 11:00

Mayın 27-də Ağcabədi şəhər Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində 28 May Respublika Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Meydanında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etdilər. Daha sonra tədbir Y.Məmmədov adına Mədəniyyət Mərkəzində davam etmişdir.
Rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, zabit və əsgərlərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva bayram münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik etdi və bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edildiyi tarix 72 ildən sonra Dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı Respublika Günü kimi qeyd olunmağa başladı. Əmək Məcəlləsinə görə 28 may qeyri-iş günü elan edilib. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir və Cümhuriyyətin tarixi təcrübəsi göstərdi ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Ulu Öndərin müdrikliyi sayəsində Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, bunları etdi, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Qarşıda qalan tək arzumuz torpaqlarımızın ərazi bütövlüyüdür ki, güclü ordumuzun və Ali baş Komandanımızın sayəsində tezliklə buna nail olacağıq.
Ardınca tədbirin bədii hissəsi davam etdi. Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsinin incəsənət ustalarının oxuduqları mahnılar, şəhər incəsənət məktəbinin şagirdlərinin ifa və rəqsləri şənlik iştirakçılarında dərin rəğbət oyatdı. Digər incəsənət ustalarının da musiqi proqramları və bənzərsiz çıxışları bayram iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılandı.

Keçidlər