Home Contact Phone
background
  • Ünvan: AZ 0400 Ağcabədi şəhəri H.Əliyev prospekti 124
  • Faks: (+994 2127) 5-52-14
  • E-mail: mail@agcabedi-ih.gov.az

Xəbərlər

  • Qaraxanlı kəndində səyyar qəbul-görüş keç...

    Qaraxanlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.

    2019-08-15

    14.08.2019-cu il tarixdə Ağcabədi rayon Qaraxanlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə​ rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.​ Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov​ sakinləri salamlayaraq 30 aprel 2019-cu il tarixdə​ Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri barədə,​ Strateji Yol xəritələrində 2016-2018-ci illər ərzində görülmüş işlər və 2019-2020-ci illər ərzində görüləcək işlər barədə, qaz limitinin 1700​ m3-dən 2200 m3-dək artırılması barədə əhaliyə məlumat vermişdir.

  • YAP Ağcabədi rayon təşkilatı Qurban bayramı ...

    YAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdi.

    2019-08-13

    YAP Ağcabədi rayon təşkilatı Müqəddəs Qurban bayramını xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birlikdə qeyd etdi. Ağcabədi rayonunda fəaliyyət göstərən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdindəki "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi"ndə təşkil edilən bayram şənliyində Partiyanın aparat rəhbəri Nazim Bünyatov və Qadınlar Şurasının sədri Radə Qafarova iştirak edərək uşaqları və onların ailələrini təbrik etdilər.

  • Ağcabədi rayonunda  Qurban Bayramı münasibəti...

    Ağcabədi rayonunda Qurban Bayramı münasibəti aztəminatlı ailələrə qurban payları çatdırılıb

    2019-08-13

    Qurban Bayramı ilə əlaqədar Ağcabədi rayonunda yaşayan Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1500-dən çox ailəyə qurban payları çatdırılıb.

  • Heydər Əliyev Fondu aztəminatlı ailələrə qu...

    Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb.

    2019-08-13

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə 797 nəfər rayon sakini,487 nəfər Laçın rayonundan olan məcburi köçkün, 49 nəfər digər rayonlardan olan məcburi köçkün olmaqla Ağcabədi rayonu üzrə cəmi 1333 nəfər aztəminatlı ailələrə qurban payları çatdırılıb.

  • Ağcabədidə Qurban bayramı münasibətilə fizi...

    Ağcabədidə Qurban bayramı münasibətilə fiziki məhdud uşaqlar üçün bayram tədbiri təşkil edilmişdir.

    2019-08-12

    Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır.Elə bu məqsədlə də Ağcabədi Rayon İcra Hakimiyyəti 12.08.2019-cu il tarixdə aztəminatlı və fiziki məhdud uşaqların yararlandığı Ağcabədi "Günərzi " qayğı mərkəzində uşaqlar üçün bayram tədbiri təşkil etmişdir.

  • Ağcabədi rayonunda 2019-cu ilin birinci yarısı...

    Ağcabədi rayonunda 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

    2019-08-07

    7 avqust 2019-cu il tarixdə saat 11:00-da Ağcabədi Rayon İcra Hakimiyyətində Ağcabədi rayonunda 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon İcra Hakimiyyəti Başçısı yanında Şura üzvləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, YAP rayon təşkilatı ərazi ilk təşkilatlarının sədrləri, sahibkarlar və fermerlər iştirak etmişlər.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Ağcabədi RİHB-nın Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi “Dövlət Qulluğunda Fərqlənmə” medalı ilə təltif olunmuşdur.

    2019-08-07

    23 iyun- Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Ağcabədi RİHB-nın Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orucov Mürvət Atakişi oğlu “Dövlət Qulluğunda Fərqlənmə” medalı ilə təltif olunmuşdur.

  • “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi...

    “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olundular

    2019-08-07

    Ağcabədi rayon ağsaqqallar şurasının sədr müavini Süleyman Qasımov, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova və RİHB-nın Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağcabədi filialının sədri İsmayıl Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olundular.

  • Hacılar kəndində səyyar qəbul-görüş keçir...

    Hacılar kəndində səyyar qəbul-görüş keçirilmişdir.

    2019-08-06

    06.08.2019-cu il tarixdə Ağcabədi rayon Hacılar kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə​ rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.​

  • 3 avqust 2019-cu il tarixdə saat 09:00–da Ağca...

    3 avqust 2019-cu il tarixdə saat 09:00–da Ağcabədi rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.

    2019-08-03

    3 avqust 2019-cu il tarixdə saat 09:00–da Ağcabədi rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Bu xoşməramlı missiyanın keçirilməsinə əsas səbəb qan xəstəliklərindən (hemofiliya, talassemiya və leykimiya) əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qisməndə olsa qarşılamaqdır.

  • Yuxarı Qiyaməddinli kəndində səyyar qəbul-g...

    Yuxarı Qiyaməddinli kəndində səyyar qəbul-görüş keçirilmişdir.

    2019-08-01

    31.07.2019-cu il tarixdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə​ rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.​ Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov​ sakinləri salamlayaraq 30 aprel 2019-cu il tarixdə​ Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri barədə,​ Strateji Yol xəritələrində 2016-2018-ci illər ərzində görülmüş işlər və 2019-2020-ci illər ərzində görüləcək işlər barədə, qaz limitinin 1700​ m3-dən 2200 m3-dək artırılması barədə əhaliyə məlumat vermişdir.

  • İmamqulubəyli kənd tam orta məktəbinin binas...

    İmamqulubəyli kənd tam orta məktəbinin binasında təmir işləri davam edir

    2019-08-01

    S.Kərimov adına İmamqulubəyli kənd tam orta məktəbinin binasında 08.06.2019- cu il tarixdən “ İlkin” MMC Tikinti Təşkilatı tərəfindən əsaslı təmir işləri aparılır.Məktəbin binası suvanmış , tavan – pəncərələr dəyişdirilmiş və döşəmələr vurulmuşdur. 60 şagird yerlik 3 əlavə sinif otağı hal-hazırda tikilir.Məktəbin həyətinə su xətti çəkilmişdir.Şagirdlər yeni tədris ilinə tam təmirli məktəb binasında başlayacaqlar

  • Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı...

    Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Beynəlxalq müsabiqənin qaliblərini qəbul etmişdir.

    2019-08-01

    01 avqust 2019-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin "Qarabağ" rəqs qrupunun üzvlərini qəbul etmiş,Onları ölkəmizi Beynəlxalq müsabiqələrdə layiqincə təmsil etdikləri üçün təbrik etmiş,gələcək fəaliyyətlərində uğurlar arzulayaraq öz tapşırıq və tövsiyələrini vermişdir.

  • Ağcabədi rayonu Hamlet Məmmədov adına Qaradol...

    Ağcabədi rayonu Hamlet Məmmədov adına Qaradolaq kənd 1 saylı tam orta məktəbinin yeni binasında tikinti işləri davam etdirilir.

    2019-07-31

    Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Təhsil sahəsində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün cənab Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə , yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə şərait yaradır.

  • Ağcabədi rayonu Əlfi Məmmədov adına Salmanb...

    Ağcabədi rayonu Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbinin yeni binasında tikinti işləri davam etdirilir.

    2019-07-30

    Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Təhsil sahəsində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün cənab Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə , yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə şərait yaradır. Respublikamızda hər sahədə nəzərə çarpan dinamik inkişaf cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sahəsində təhsil sahəsində də uğurla həyata keçirilir. Daha keyfiyyətli təhsilin tədris olunması üçün bütün bölgələrimizdə yeni məktəb binaları tikilir, əsaslı təmir olunur və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunur.

  • Ağcabədi şəhəri 2 saylı körpələr evi-uşa...

    Ağcabədi şəhəri 2 saylı körpələr evi-uşaq bağçasında tikinti işləri davam etdirilir.

    2019-07-25

    Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti, 59 saylı ünvanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 saylı körpələr evi-uşaq bağçası üçün tikintialtı sahəsi 556 m2, ikimərtəbəli, zirzəmili və üst örtüyü mansard tipli olan bina tikilir.

  • “ Azərbaycan, İran və Kamerun üçün destina...

    “ Azərbaycan, İran və Kamerun üçün destinasiya menecment təşkilatı konsepsiyası” adlı layihənin həyata keçirilməsi məqsədi ilə Ağcabədi rayonunda görüş keçirilmişdir.

    2019-07-25

    İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin ( COMCEC) 6-cı qrant layihə maliyyələşməsi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “ Azərbaycan, İran və Kamerun üçün destinasiya menecment təşkilatı konsepsiyası” adlı layihənin həyata keçirilməsi məqsədi ilə Ağcabədi rayonunda görüş keçirilmişdir

  • Ağcabədi rayonunun “ASAN” Xidmət  Mərkəzi...

    Ağcabədi rayonunun “ASAN” Xidmət Mərkəzində tikinti işləri davam etdirilir.

    2019-07-24

    Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi əsasında podratçı “STİNG” şirkəti tərəfindən 1,64 ha torpaq sahəsində tikintialtı sahəsi 2294 m2 , ümumi həcmi 46967 m3 olan, zirzəmili, üçmərtəbəli “ ASAN” Xidmət Mərkəzinin binasında hal –hazırda tikinti işləri davam etdirilir.

  • Ağabəyli kəndində səyyar qəbul-görüş keç...

    Ağabəyli kəndində səyyar qəbul-görüş keçirilmişdir.

    2019-07-24

    24.07.2019-cu il tarixdə Ağcabədi rayon Ağabəyli kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə​ rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.​

  • “ Ekoloji İnformasiya” İctimai Birliyi  Ağc...

    “ Ekoloji İnformasiya” İctimai Birliyi Ağcabədi rayonunda tədbir keçirmişdir.

    2019-07-24

    24 iyul 2019-cu il tarixdə Ağcabədi rayonu Tarix -Diyarşünaslıq muzeyində “ Ekoloji İnformasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ Bərk məişət tullantılarının idarə olunması ilə bağlı regionlarda maarifləndirmə işlərinin aparılması” layihəsinin icrası ilə əlaqədar olaraq tədbir keçirmişdir.

  • Ağcabədidə abadlıq-quruculuq işləri davam et...

    Ağcabədidə abadlıq-quruculuq işləri davam etdirilir.

    2019-07-23

    Hazırda şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində ,Nəriman Nərimanov, Hüsü Hacıyev və Xəlfərəddin küçələrində abadlıq işləri davam etdirilir. Şəhərin Heydər Əliyev prospektində səkilərdə təmir –bərpa işləri aparılaraq 1440 kvm tamet, 650 p/m bardür düzülmüşdür.

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış ...

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general mayor Mayıl Şahverdiyev Ağcabədidə qəbul keçirmişdir.

    2019-07-18

    18.07.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general mayor Mayıl Şahverdiyev Ağcabədi, Ağdam rayonlarınddan olan vətəndaşları qəbul etmişdir.

  • Ü.Hacıbəyli adına Ağcabədi şəhəri Uşaq ...

    Ü.Hacıbəyli adına Ağcabədi şəhəri Uşaq İncəsənət məktəbinin “Qarabağ” rəqs kollektivi "Gold Star " rəqs yarışmasının qalibi olublar.

    2019-07-10

    Ü .Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin xoreoqrafiya sinfinin şagirdləri Gürcüstan Respublikasında keçirilən Beynəlxalq "Gold Star " rəqs yarışmasında 1 -ci yerə layiq görülmüşlər.

  • 2 iyul – Polis işçilərinin peşə bayramı g...

    2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilib

    2019-07-02

    02 iyul 2019-cu il tarixdə Ağcabədi rayonunda “2 iyul - Polis işçilərinin peşə bayramı günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin möhtəşəm abidəsinin önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etdiər.

  • Ağcabədinin 4 kəndində yol infrastrukturu yeni...

    Ağcabədinin 4 kəndində yol infrastrukturu yenidən qurulur

    2019-07-02

    Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yolların yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.