Home Contact Phone
background
  • Ünvan: AZ 0400 Ağcabədi şəhəri H.Əliyev prospekti 124
  • Faks: (+994 2127) 5-52-14
  • E-mail: mail@agcabedi-ih.gov.az

Xəbərlər

  • Qaraxanlı kəndində səyyar qəbul-görüş keç...

    Qaraxanlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.

    2019-08-15

    14.08.2019-cu il tarixdə Ağcabədi rayon Qaraxanlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə​ rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.​ Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov​ sakinləri salamlayaraq 30 aprel 2019-cu il tarixdə​ Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri barədə,​ Strateji Yol xəritələrində 2016-2018-ci illər ərzində görülmüş işlər və 2019-2020-ci illər ərzində görüləcək işlər barədə, qaz limitinin 1700​ m3-dən 2200 m3-dək artırılması barədə əhaliyə məlumat vermişdir.

  • YAP Ağcabədi rayon təşkilatı Qurban bayramı ...

    YAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdi.

    2019-08-13

    YAP Ağcabədi rayon təşkilatı Müqəddəs Qurban bayramını xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birlikdə qeyd etdi. Ağcabədi rayonunda fəaliyyət göstərən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdindəki "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi"ndə təşkil edilən bayram şənliyində Partiyanın aparat rəhbəri Nazim Bünyatov və Qadınlar Şurasının sədri Radə Qafarova iştirak edərək uşaqları və onların ailələrini təbrik etdilər.

  • Ağcabədi rayonunda  Qurban Bayramı münasibəti...

    Ağcabədi rayonunda Qurban Bayramı münasibəti aztəminatlı ailələrə qurban payları çatdırılıb

    2019-08-13

    Qurban Bayramı ilə əlaqədar Ağcabədi rayonunda yaşayan Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1500-dən çox ailəyə qurban payları çatdırılıb.

  • Heydər Əliyev Fondu aztəminatlı ailələrə qu...

    Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb.

    2019-08-13

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə 797 nəfər rayon sakini,487 nəfər Laçın rayonundan olan məcburi köçkün, 49 nəfər digər rayonlardan olan məcburi köçkün olmaqla Ağcabədi rayonu üzrə cəmi 1333 nəfər aztəminatlı ailələrə qurban payları çatdırılıb.

  • Ağcabədidə Qurban bayramı münasibətilə fizi...

    Ağcabədidə Qurban bayramı münasibətilə fiziki məhdud uşaqlar üçün bayram tədbiri təşkil edilmişdir.

    2019-08-12

    Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır.Elə bu məqsədlə də Ağcabədi Rayon İcra Hakimiyyəti 12.08.2019-cu il tarixdə aztəminatlı və fiziki məhdud uşaqların yararlandığı Ağcabədi "Günərzi " qayğı mərkəzində uşaqlar üçün bayram tədbiri təşkil etmişdir.

Foto qalereya