Home Contact Phone
background
  • Ünvan: AZ 0400 Ağcabədi şəhəri H.Əliyev prospekti 124
  • Faks: (+994 2127) 5-52-14
  • E-mail: mail@agcabedi-ih.gov.az

Xəbərlər

  • Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “...

    Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan edilib.

    2019-04-18

    18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan edilib. Mərkəzə ekskursiyalar təşkil olunub.

  • Şahsevən kəndində səyyar qəbul-görüş keç...

    Şahsevən kəndində səyyar qəbul-görüş keçirilmişdir.

    2019-04-17

    17.04.2019-cu il tarixdə Ağcabədi rayonu Şahsevən kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov sakinləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.

  • “Bölgələrdən Bölgələrə” Yaradıcılıq...

    “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağcabədidə

    2019-04-17

    Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Meydanında baş tutub.Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və yüzlərlə ağcabədililər də iştirak ediblər.Eyni zamanda tədbirə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovla yanaşı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli da qoşulub. Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.

  • 09 - 12 aprel 2019-cu il tarixlərdə qızlar aras...

    09 - 12 aprel 2019-cu il tarixlərdə qızlar arasında Voleybol üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir.

    2019-04-14

    09 - 12 aprel 2019-cu il tarixlərdə Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyin idman zalında Ağcabədi Rayon Gənclər və İdman idarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə qızlar arasında Voleybol idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayonun şəhər və kənd məktəblərinin işdirakı ilə 15 komanda mübarizə aparmışdır.

  • Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yen...

    Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir

    2019-04-14

    14 aprel 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi şəhər sakinləri 1995-ci il təvəllüdlü Məhərrəmov Nurlan Şahin oğlu ilə 2000-ci il təvəllüdlü Həsənova Ləman qızının nikah mərasimi keçirilmişdir.

Foto qalereya